Daşkəsən ŞOKDA:  arvadını baltalayıb öldürdü
24 iyun 2024 09:43 (UTC +04:00)

Daşkəsən ŞOKDA: arvadını baltalayıb öldürdü

Daşkəsəndə qətl törədilib. 

Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 24-də gecə saat 2 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 39 yaşlı Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 53 yaşlı Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Oxşar yazılar