Bibisini zorlayıb öldürdü
20 dekabr 2023 16:47 (UTC +04:00)

Bibisini zorlayıb öldürdü

Volqoqrad vilayətinin Kotovo şəhərində 21 yaşlı oğlan bibisinə baş çəkməyə gələrək ona hücum edib və onu zorla gölməçəyə aparıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, gənc oğlan orada qohumunu vəhşicəsinə döyüb, sonra isə onu zorlayıb. Lakin cinayətkar bununla da kifayətlənməyib və onun boynuna 10-a yaxın bıçaq xəsarəti yetirib. Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.

Bundan sonra o, mərhumun bank hesabından öz kartına 60 min rubl (təxminən 1128 manat) köçürüb. Niyyətini həyata keçirəndən sonra isə mərhumun mobil telefonunu gölməçəyə atıb və meyiti dərədə basdırıb.

Həmin şəxs saxlanılıb, araşdırma aparılır. Məlum olub ki, şübhəli həm də azyaşlı qızla cinsi əlaqədə olub.

# 4611
avatar

Oxşar yazılar