Bakıya narkotik satmağa  gələnlər tutuldu
23 may 2025 11:28 (UTC +04:00)

Bakıya narkotik satmağa gələnlər tutuldu

Yardımlıda narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar. Onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar