Bakıda taksi sürücüsü çayxanada bıçaqlandı
17 yanvar 2024 03:24 (UTC +04:00)

Bakıda taksi sürücüsü çayxanada bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Əmirov Yədulla Kazım oğlu çayxanada tanışı ilə mübahisə edib.

Mübahisə zamanı o, bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinin cərrahiyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Y.Əmirov taksi sürücüsü kimi fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3609
avatar

Oxşar yazılar