Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə səhər saar 5 radələrində Pirallahı rayonu eyniadlı qəsəbədə qeydə alınıb. Məmmədov Namiq Elbrus oğlu 27 yaşlı Həsənov Ramin Vəli oğluna çiyin və qarnından 3 bıçaq zərbəsi vurub. Hadisə zərərçəkənin yaşadığı evin yaxınlığında baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.