Bakıda kafedə QAN TÖKÜLDÜ:  şüşə parçası ilə yaraladı
08 dekabr 2023 09:20 (UTC +04:00)

Bakıda kafedə QAN TÖKÜLDÜ: şüşə parçası ilə yaraladı

Bakıda kafedə dava olub.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən "Nar çiçəyim" kafesində baş verib. Qarayev Tahir Nadir oğlu şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Rəfiyev Elşad Fərhad oğlunun bədəninin müxtəlif nahiyələrinə şüşə parçası ilə ağır xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanıb. T. Qarayev şübhəli şəxs qismində saxlanılıb.

# 3837
avatar

Mehman Nəbiyev

Oxşar yazılar