Bakıda ər arvadını öldürdü
05 aprel 2024 23:37 (UTC +04:00)

Bakıda ər arvadını öldürdü

Aprelin 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 32 yaşlı Aygül Quliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla 45 yaşlı Rəşad Quliyevin Binəqədi rayonu, Cavadxan küçəsi ərazisində yerləşən evlərdən birində şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirərək arvadı Aygül Quliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Rəşad Quliyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

 

# 6525
avatar

Oxşar yazılar