Bakıda çörək zavodunda iş yoldaşını öldürən tutuldu - YENİLƏNİB
20 aprel 2024 10:25 (UTC +04:00)

Bakıda çörək zavodunda iş yoldaşını öldürən tutuldu - YENİLƏNİB

Aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 34 yaşlı Etibar Salamzadənin almış olduğu kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla 39 yaşlı Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***
08:08

Bakının Sabunçu rayonunda qətl baş verib.

Lent.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Salamzadə Etibar Tahir oğlu işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib.

Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər.

Elşən E.Salamzadəyə bıçaq zərbələri endirib.

Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6177

Oxşar yazılar

80 yaşlı atasını baltaladı

80 yaşlı atasını baltaladı

8 fevral 2025 , 16:38
Qadın mağazada ərini güllələyib öldürdü

Qadın mağazada ərini güllələyib öldürdü

8 fevral 2025 , 15:18
Oğuzda narkotacirlər həbs olundu - VİDEO

Oğuzda narkotacirlər həbs olundu - VİDEO

8 fevral 2025 , 12:00
Lənkəranda ər arvadını  bıçaqladı

Lənkəranda ər arvadını bıçaqladı

8 fevral 2025 , 10:01
"Oleq Bakinski" ev dustaqlığına  çıxmaq istəyir

"Oleq Bakinski" ev dustaqlığına çıxmaq istəyir

7 fevral 2025 , 18:00
Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

7 fevral 2025 , 12:58
Gürcüstanda "qanuni oğru"larla  əlaqəsi olan 26 nəfər saxlanıldı - VİDEO

Gürcüstanda "qanuni oğru"larla əlaqəsi olan 26 nəfər saxlanıldı - VİDEO

7 fevral 2025 , 12:11
Ərini çaydanla  döyüb öldürdü

Ərini çaydanla döyüb öldürdü

7 fevral 2025 , 11:58