Bakıda 20 yaşlı oğlanı öldürən HAKİM QARŞISINDA
27 yanvar 2025 16:38 (UTC +04:00)

Bakıda 20 yaşlı oğlanı öldürən HAKİM QARŞISINDA

Bakıda 20 yaşlı gənci öldürməkdə təqsirləndirilən Elcan Süleymanovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən hazırlıq prosesində anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün onun hüquqi varisi qismində anası tanınıb.

Məhkəmənin baxış iclası fevralın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Elcan Süleymanov 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1533

Oxşar yazılar