Bakı avtovağzalında QƏTL:   kişini girişdə öldürdülər -  YENİLƏNİB
13 noyabr 2023 23:04 (UTC +04:00)

Bakı avtovağzalında QƏTL: kişini girişdə öldürdülər - YENİLƏNİB

Noyabrın 12-də saat 23 radələrində Binəqədi rayonu ərazisində 24 yaşlı  İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lent.az-a Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 28 yaşlı Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub.

***

Saat 00:40

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verən qətlin təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, iki avtomobilin qarşı-qarşıya gəlməsi sürücülər arasında mübahisəyə səbəb olub.

77-PZ-760 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü digər nəqliyyat vasitəsinin sürücüsünü bıçaqlayıb.

***

12.11.2023

Saat 23:19

Bakının Binəqədi rayonunda kişi qətlə yetirilib.

Lent.az xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib.

Savadov İzmir Sabutər oğlu bıçaqlanaraq qətlə yetirilib.

Nurlan Əli

# 12753
avatar

Oxşar yazılar