Azərbaycanlılarla tacikistanlı arasında KÜTLƏVİ DAVA:  həmyerlimiz bıçaqlandı - HADİSƏ ANI
13 yanvar 2024 15:00 (UTC +04:00)

Azərbaycanlılarla tacikistanlı arasında KÜTLƏVİ DAVA: həmyerlimiz bıçaqlandı - HADİSƏ ANI

Sankt-Peterburqda anbarda yanğından sonra təhlükəsizlik kameralarında yoxlamalar aparılıb. Nəticədə yanvarın 10-dan 11-ə keçən gecə ərazidə bıçaqlanma hadisəsi olması da üzə çıxıb.

Lent.az “Baza” teleqram kanalına istinadla bildirir ki, yanvarın 11-nə keçən gecə Moskva magistralından bir qədər aralıda, “Wildberries” anbarının ərazisində kütləvi dava baş verib. Miqrant taksi sürücüləri anbarın yaxınlığında boşluq üstündə mübahisə edib. Belə ki, tacikistanlı taksi sürücüsü anbarın yaxınlığında durmaq istəyib. Lakin azərbaycanlı sürücülər ona rədd cavabı verərək, buranın onlara aid olduğunu deyiblər.

Nəticədə Tacikistan vətəndaşı azərbaycanlılardan birinə bir neçə bıçaq zərbəsi vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, təcavüzkar da xəstəxanaya gedib.

Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Dava iştirakçıları nəzarət altına alınıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Peterburqun Puşkinski rayonunda Şuşarıda “Wildberries” anbar kompleksi yanıb. İnsanlar təxliyə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar