Azərbaycanlılar idmançını  bıçaqladılar
23 noyabr 2024 10:19 (UTC +04:00)

Azərbaycanlılar idmançını bıçaqladılar

Rusiyanın Moskva vilayətində azərbaycanlılar idmançını bıçaqlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Odintsovo şəhər rayonunun Barvixa kəndində baş verib. Azərbaycanlılar yerli sakin Denisi M. bıçaqlayıblar. Bu barədə onun qardaşı Yevgeni bildirib.

Yevgeninin sözlərinə görə, azərbaycanlılar əvvəlcə orada bir qızla mübahisə ediblər. Bu zaman Denis M. qızın müdafiəsinə qalxıb. Münaqişə zamanı onun bədəninə ağır xəsarət yetiriblər. Yerli icmaların dediyinə görə, Denis M. hokkey oynayır.

Polis bu faktla bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3544

Oxşar yazılar