Azərbaycanda qardaşın qardaşını öldürməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Lent.az xəbər verir ki,, hadisəyə səbəb mülk mübahisəsi olub.
Məlumata görə, onlar ailədə 7 nəfər olub, bacı-qardaşdan heç biri ailə qurmayıb.
***
10:08
Ağdaşda qətl törədilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Aral-2 kəndində qeydə alınıb.
Kənd sakini, 47 yaşlı Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 49 yaşl Mirmehdi Musayevi bıçaqlayıb.
Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.
Hadisəni törədən Q.Musayev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.