Azərbaycanda DƏHŞƏT:  keçmiş baş həkim və arvadı öldürüldü - YENİLƏNİB
01 mart 2024 13:13 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: keçmiş baş həkim və arvadı öldürüldü - YENİLƏNİB

Salyanda törədilən qətllə bağlı yeni detallar məlum olub. 

Lent.az qətlə yetirilən həkimin fotosunu təqdim edir: 

İlkin məlumata görə, həkim və arvadı tamah məqsədi ilə öldürülüb. İddia olunur ki, hadisəni törədən şəxs və ya şəxslər evdən içərisində külli miqdarda pul və qızıl olan seyfi aparıblar. 

Lakin bütün bu versiyalar araşdırlır. 

***

saat 11:01

Daxili İşlər Nazirliyi Salyanda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub. 

Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. 

***

saat 10:27

Salyanda ər və arvad qətlə yetirilib. 

Lent.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, olan əvvəllər tibb müəsisəsində baş həkim işləyən şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.

Əlavə məlumatlar veriləcək.

Faktla bağlı Salyan prokuroluğu araşdırma aparır.

# 8817
avatar

Oxşar yazılar