Ata mülkünə görə  xəstə qardaşını amansızlıqla döydü - Masallıda DƏHŞƏT
11 fevral 2026 18:07 (UTC +04:00)

Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü - Masallıda DƏHŞƏT

0

Masallıda kişi ata mülkünə görə xəstə qardaşını döyüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Kubin kəndində, yol kənarında qeydə alınıb.

Kənd sakini 50 yaşlı Natiq Muradov (ad və soyad şərtidir) ağac parçası ilə qardaşının baş. əl və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarətlər yetirib. Nəticədə Natiq saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, mal-qaranı örüşdən gətirmək üçün gedib. Yolda xəstə qardaşını görüb və məlum hadisə baş verib. Onun sözlərinə görə, bu hadisədən əvvəl də zərərçəkən digər qardaşı ilə birləşib onu döyüblər. Aralarında illərdir ata mülkünü bölmək üstündə ədavət yaranıb. Natiq Muradov əməlindən peşman olduğunu deyərək məhkəmədən barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Masallı rayon Məhkəməsinin qərarı ilə N. Muradov barəsində amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar