Ata 3 uşağını öldürüb  intihara cəhd etdi
27 avqust 2024 18:54 (UTC +04:00)

Ata 3 uşağını öldürüb intihara cəhd etdi

Türkiyədə ailə dəhşəti yaşanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərinin Bornova qəsəbəsində baş verib. Psixoloji xəstəliyi olan 45 yaşlı Vesih Şimşek 4 övladı – Cemre, Ceylin, Nira və Hiranuru zeytun ağacları olan əraziyə gətirib.

Burada o, əvvəlcə övladlarını, sonra isə özünü güllələyib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları uşaqlardan 3-nün Cemre, Ceylin və Niranın öldüyünü bildiriblər. Hiranur və ata Vesih isə yaralı halda xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar