Ukraynanın Çerkassı vilayətində 33 yaşlı qadın mübahisə zamanı 26 yaşlı kişinin sinəsindən şişlə vurub. Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Zveniqorod rayonundakı istirahət mərkəzlərindən birində baş verib.
Məlumata görə, ər və arvad dostları ilə spirtli içki qəbul ediblər. Daha sonra onlar arasında mübahisə yaranıb və bu, davaya çevrilib. Arvad şişi götürərək ərini ölümcül yaralayıb.
Hadisəni törədən şəxs Ukrayna Cinayət-Prosessual Məcəlləsinin 208-ci maddəsinə əsasən saxlanılıb.
Onu bu əməlinə görə 15 ilə qədər həbs gözləyir. İstintaq davam edir.