Almaniyadan ekstradisiya olunan Niyaməddin Əhmədovun işi MƏHKƏMƏDƏ
16 fevral 2021 18:41 (UTC +04:00)

Almaniyadan ekstradisiya olunan Niyaməddin Əhmədovun işi MƏHKƏMƏDƏ

Cinayət məsuliyyətindən yayınmaq üçün Azərbaycandan xaricə qaçan Niyaməddin Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, istintaqla törətmiş olduğu cinayətə görə məsuliyyətdən boyun qaçırmaq məqsədilə Niyaməddin Əhmədovun 2017-ci il mayın 22-də Azərbaycanı tərk edib Almaniyada istintaqdan gizlənən tanışı Qabil Məmmədovla birlikdə "YouTube" videopaylaşma sistemində qeyri-məhdud sayda şəxslər dairəsinə yönəlməklə ölkəmizdə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə eyni məqsədlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlar törədilməsi ilə bağlı açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla Niyaməddin Əhmədovun qeyd olunan materialları internet resursları vasitəsilə təkrarən yayılması üçün mobil tətbiq vasitəsilə qabaqcadan əlbir olduğu şəxslərlə törədiləcək cinayətlərin detalları ilə bağlı razılığa gəlmələrinə, ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq Almaniyada toplanmış xeyli miqdarda pulu açıq çağırışlar edəcək və materialları yayacaq şəxslərə tamamilə paylamaqla terrorçuluğu maliyyələşdirməsinə, lakin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunduğundan cinayətkar əməlini başa çatdıra bilməməsinə əsaslı şübhələr də müəyyən edilib.

Bundan başqa, istintaqla Niyaməddin Əhmədovun ölkə ərazisində öz şəxsi maraqları naminə icra etmək istədikləri hərəkətləri gizli olaraq qeydə almaq məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qanunla mülki dövriyyədə olmasına yol verilməyən xüsusi ləvazimat olan eynək üzərinə uyğunlaşdırılaraq komfulyaj olunmuş gizli vizual müşahidə vasitəsini qanunsuz olaraq əldə edib özündə saxlamasına şübhələr üçün əsaslar müəyyən edilib.

Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4128
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30