Ağdamda kişi arvadını  bıçaqladı - YENİLƏNİB
31 yanvar 2026 10:30 (UTC +04:00)

Ağdamda kişi arvadını bıçaqladı - YENİLƏNİB

0

Ağdamda arvadını bıçaqlayan saxlanılıb.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayət əməlini törədən zərərçəkmişin həyat yoldaşı Ceyhun Salahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***
10:23

Ağdamda qadına bıçaq xəsarətləri yetirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Salahova Gülzəndə Abbas qızı bıçaqlanıb. O, Ağdam Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, qadın əri tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar