Abşeronda yeznə-qayın DAVASI:  ölən var
30 mart 2024 11:53 (UTC +04:00)

Abşeronda yeznə-qayın DAVASI: ölən var

Abşeronda yeznə ilə qayın dava edib, tərəflərdən biri 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə martın 19-u Ceyranbatan qəsəbəsində baş verib. Qohumlar arasında yaranan mübahisə dava ilə sonlanıb.

Nəticədə 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov aldığı xəsarətlərdən vəziyyəti ağırlaşıb. 11 gün müddətində həkimlərim göstərdiyi tibbi yardımlara baxmayaraq C. Şabanov bu gün müalicə aldığı xəstənada ölüb.

Fakt araşdırılır.

# 3225
avatar

Oxşar yazılar