Rusiyada yaşlı kişi arvadını qətlə yetirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, müstəntiqlər Qorno-Altayskda 89 yaşlı qadının vəhşicəsinə qətlinin üstünü açıblar.
Məlum olub ki, cinayətkar mərhumun 88 yaşlı əridir. 2023-cü il noyabrın 2-nə keçən gecə yaşlı qadının televizoru söndürmək istəməməsi səbəbindən ər-arvad arasında dava düşüb. Kişi taxta dəyənəyi götürərək arvadının başına bir neçə zərbə endirib. Təqaüdçü hadisə yerində dünyasını dəyişib.
Kişi günahını etiraf edib və peşman olub. İstintaq zamanı o, əlil olduğu və əlil arabasından istifadə etdiyi üçün həbsdə saxlanılmayıb. Cinayət işi təsdiq edilmiş ittiham aktı ilə məhkəməyə göndərilib.