17 yaşlı qızı vəhşicəsinə öldürüb, zibilliyə atdı
23 yanvar 2024 09:56 (UTC +04:00)

17 yaşlı qızı vəhşicəsinə öldürüb, zibilliyə atdı

Voronejdə 17 yaşlı qız vəhşicəsinə qətlə yetirilib, onun meyiti yanvarın 22-də zibil qutularının yanında tapılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, mərhumun ayaqlarında və başında torbalar olub, bədəni isə yarıya qatlanıb. Meyit kəndirlə bağlanaraq böyük bir zənbilə qoyulub.

Məlumata görə, öldürülən Angelina G. O adlı qadın Voronejə Tula vilayətinin Novomoskovsk şəhərindən gəlib. Müstəntiqlər müəyyən ediblər ki, qız kirayədə qaldığı mənzildə öldürülüb, sonra isə meyit evdən götürülüb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları yuyulmuş qan izlərini və qurbanın pasportunu aşkar ediblər.

Tambov vilayətinin Miçurinsk şəhərindən olan 28 yaşlı Mark P. qətldə şübhəli bilinərək axtarışa verilib. Hazırda iddia edilən qatil və onun mərhum qızla əlaqələri araşdırılır. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi açılıb – təqsirkarı 15 il həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3924
avatar

Oxşar yazılar