14 yaşlı qız kinodan ilhamlanıb atasını öldürdü
28 fevral 2026 16:45 (UTC +04:00)

14 yaşlı qız kinodan ilhamlanıb atasını öldürdü

1

Türkiyənin İstanbul şəhərində atasını öldürən 14 yaşlı qızın məhkəməsi başlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana Eylem Dilsiz çıxışında "Məni də, uşaqlarımı da mütəmmadi olaraq döyürdü. Həmin gün məni boğmağa çalışdı. Özümü zorla onun əlindən xilas etdim. Sonra uşaqlarımın otağına gedib yatdım. Səhər qızım mənə “Atamı vurdum” - deyib. 

Mərhum Murat Dilsizin qızı E.D. isə ifadəsində, "Hadisə günü atam öz otağında yatırdı. Mən otaqda tək oyandım, ağlayırdım, nə edəcəyimi bilmirdim. Film izləyirdim, filmdəki bir-birini öldürür, əlcək taxıb barmaq izini gizlədirdilər. Arxa otağa gedib, əlcək taxdım. Onsuz da silahdan istifadə etməyi bilirdim. Ondan sonra gedib atamın yanında oturub gözlədim. Sonra əlim tətiyə getdi, basdım. Silahdan səs çıxmadı"- deyə danışdı.

Qeyd edək ki, 14 yaşlı E.D. 2 il əvvəl atası Murat Dilsizi yatdığı yerdə güllələyərək öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 318

Oxşar yazılar