Benzin və dizelin keyfiyyəti artacaq: <span style="color:red;">hamını heyrətləndirən çən
27 oktyabr 2019 16:05 (UTC +04:00)

Benzin və dizelin keyfiyyəti artacaq: hamını heyrətləndirən çən

Son günlər ölkə gündəminin və sosial şəbəkələrin əsas maraqlandığı məlumat Əhmədli qəsəbəsində görülən iri çəndir. Ətrafdan keçənlər tərəfindən çənin şəklini çəkilir və sosial şəbəkələrdə paylaşılaraq nə olduğu barədə soruşulur. Çən Əhmədlidən Babək prospektindən hərəkət etməklə başqa yerə daşınıb. Bu irihəcmli çənin SOCAR-a aid olması haqqında məlumatlar yayılıb. Bəs görək, uzunluğu az qala Ukrayna dairəsi boyda olan bu çən hansı səbəblə ölkəyə gətirilib? Onların sayı nə qədərdir?
 
Məsələ ilə bağlı SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov Lent.az-a açıqlama verib. Qurum rəsmisi görünüşü ilə hamını heyrətləndirən çənin nə məqsədlə gətirildiyindən danışıb:
 
 
“Hazırda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya layihəsi gedir. Layihənin əsas məqsədi yanacağın keyfiyyətini artırmaq benzin və dizelin Avropa standartlarına yüksəltmək və zavodun istehsalat həcmini artırmaqdır. Bu layihə əsasında bir neçə yeni avadanlıqlar gətirilir. Onlardan bəziləri bu günlərdə də daxil olmaqdadır. Bunlar LPG maye qazların saxlanılması üçün sitifadə olunan çənlərdir. 11 ədəd ölkəyə gəlməlidir ki, onun 5-i artıq Azərbaycana çatıb. 4-ü limandadır, 1-i isə Neft Emalı zavoduna yola salınıb. Bu avadanlıqların uzunluğu 30-60 metr civarında dəyişir, çəkisi 300 tondan yüksəkdir. Həm iri olması səbəbindən, həm də yolda başqa problemlər yarandığı üçün onun zavoda aparılması çətinləşdi”.
 
İbrahim Əhmədov Neft Emalı Zavodunun modernizasiya edilməsinin bir neçə milyard dollara başa gələcəyini, ancaq hələ ki, avadanlıqların qiymətlərinin məlum olmadığını da deyib. O, həmçinin gətirilən avadanlıqların yaxın zamanlarda qiymətlərinin açıqlanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Mehman Nəbiyev

Oxşar yazılar