Xəzər dənizinin ən böyük barjı təmir olunub
17 aprel 2019 16:12 (UTC +04:00)

Xəzər dənizinin ən böyük barjı təmir olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “STB-1” barjı təmir olunub.

Proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib. 

ONA-ya ASCO-dan verilən xəbərə görə, təmir müddətində üzən vasitənin sualtı və suüstü hissəsi təmizlənib və rənglənib, Bundan başqa, barjın dib-yan armaturlarının təmiri də yerinə yetirilib. 

 

Təmirdən sonra STB-1 heyəti üzvləri və Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Barj artıq tərsanədən suya buraxılıb və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib. Məlumat üçün bildirək ki, STB-1 barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 min tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.  STB-1 dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq bloklarının daşınmasında istismar olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Oxşar yazılar