Valyuta ehtiyatlarımız 49 mlrd. dollara çatdı
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq 49 mlrd. dollara çatıb. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, cari ilin əvvəlindən ölkənin valyuta ehtiyatları 4,2 mlrd. dollar artıb.
711