SOCAR istiqrazlarını almaq istəyənlər üçün sərfəli və rahat üsul
30 yanvar 2018 15:54 (UTC +04:00)

SOCAR istiqrazlarını almaq istəyənlər üçün sərfəli və rahat üsul

SOCAR istiqrazlarını alarkən necə qənaət etmək olar?

AzFinance-la SOCAR istiqrazlarına isvestisiya: rahat, tez, sərfəli

Pulları hara yatırmaq olar? Bu sual çoxlarını narahat edir. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarını almaq trendi sürətlə populyarlaşır. Bu, heç də təsadüf deyil, çünki cüzi risklər daşıyan SOCAR-ın dollar istiqrazları ildə 5% gəlir gətirir. Müqayisə üçün: xarici valyutada olan bank depozitləri ildə ən yaxşı halda 3% qazanmaq imkanını verir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda istiqrazlar üzrə gəlir vergidən azaddır.

Bir SOCAR istiqrazının nominal qiyməti 1000 dollar təşkil edir. İstiqrazlar üzrə faiz ödənişləri rübdə bir dəfə - yanvarda, apreldə, iyulda və oktyabrda həyata keçirilir. 2017-ci ilin əvvəlindən həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 6,25 milyon dollar məbləğində ümumi qazanc əldə ediblər.

SOCAR istiqrazlarına olan böyük tələbat onların yüksək likvidliyini təmin edir, yəni investor lazım gəldikdə onları asanlıqla sata bilər və bunu toplanmış gəlirləri itirmədən edə bilər.  

SOCAR-ın qiymətli kağızlarını almaq istəyən investor bir sıra prosedur yerinə yetirməli, həmçinin investisiya şirkətinə, Milli Depozit Mərkəzinə, Bakı Fond Birjasına komissiya haqqı ödəməlidir. Komissiya haqqının məbləği alınan istiqrazların miqdarından asılıdır.

Halbuki istiqrazları alarkən və onlarla növbəti əməliyyatları yerinə yetirərkən investor həm puluna, həm də vaxtına qənaət edə bilər. Bunun üçün hüquqi və ya fiziki şəxs sadəcə “AzFinance” broker şirkətinə müraciət edərək, orada hesab aça bilər. Şirkət istiqrazlara pul yatırmaq qərarını qəbul etmiş investorlar üçün bütün lazımi xidmətləri təklif edir. Bu halda müştəri investisiya şirkətinə komissiya haqqının ödənilməsindən azaddır.

“AzFinance” şirkətinin ofisi N.Nərimanov, 206 ünvanında yerləşir. Poçt indeksi – AZ1065. Əlaqə telefonu: (012) 310 33 30. Şirkətin sosial şəbəkələrdə ünvanları:

Telegram https://t.me/AzfinanceInvestment

Instagram @Azfinance

Twitter @Azfinance2

Facebook https://www.facebook.com/AzFinanceInvest/

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar