Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalı artırılacaq.
"APA-Economics" xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat subsidiya olmaqla cəmi 963,2 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, 2016-cı ilin dekabrın 31-nə olan məlumata görə, SOCAR-ın nizamnamə kapitalı 1 mlrd. 802 mln. manat təşkil edib. Bununla da SOCAR-ın nizamnamə kapitalı 36,8% artırılır.