![Rusiya və Azərbaycan vergi xidmətlərinin birgə işçi qrupunun iclası keçirilib](https://lent.az/storage/news/2019/april/08/big/da963058afbcfe3367f2d77ce404045d.jpg)
Rusiya və Azərbaycan vergi xidmətlərinin birgə işçi qrupunun iclası keçirilib
“Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın “Büdcə-vergi sektorunun rəqəmsallaşdırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə yol xəritəsi”nə uyğun olaraq Rusiyanın Federal Vergi Xidməti və Azərbaycanın Vergilər Nazirliyi arasında işçi qrupu yaradılıb. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən bildirilib.
Verilən məlumata görə, sözügedən işçi qrupunun ilk iclasının keçirilməsi məqsədilə 3-5 aprel tarixlərində Rusiyanın Federal Vergi Xidmətinin Beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti İdarəsinin rəisi Dmitriy Volvaçın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərdə olub.
Səfər zamanı nümayəndə heyətinin üzvləri vergilər naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə iki ölkənin vergi xidmətləri arasında əlaqələr, o cümlədən işçi qrupu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin vergi xidmətləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi zəruriliyi vurğulanıb. M.Cabbarov işçi qrupunun iclasının ikitərəfli əlaqələrin möhkəmlənməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi baxımından səmərəli hesab etidiyini diqqətə çatdırıb.
Sonra Vergilər Nazirliyində işçi qrupun iclası keçirilib. İclasda vergi orqanlarının nəzarət funksiyalarının həyata keçirilməsi, vergi mübahisələrinin məhkəməyəqədər həlli, transfer qiymətəmələgəlməsinə nəzarət, vergi ödəyicilərinin qeydiyyatı, o cümlədən vergi ödəyicilərinə xidmət sahələrində təcrübə mübadiləsi aparılıb.
Səfər çərçivəsində Rusiya nümayəndə heyəti kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının vahid qeydiyyat orqanı prinsipi - “bir pəncərə” sistemi ilə tanış olublar.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət](https://lent.az/storage/news/2024/july/26/big/66a387f434c2766a387f434c28172199320466a387f434c2266a387f434c24.jpg)
Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət
26 iyul 2024 , 15:28![Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6](https://lent.az/storage/news/2024/july/26/big/66a357c1312a566a357c1312a6172198086566a357c1312a066a357c1312a2.jpg)
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6
26 iyul 2024 , 11:58![HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi](https://lent.az/storage/news/2024/july/26/big/66a34ddb907f466a34ddb907f5172197833166a34ddb907ee66a34ddb907f1.jpg)
HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi
26 iyul 2024 , 11:18!["Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir](https://lent.az/storage/news/2024/july/25/big/66a24766434d366a24766434d4172191114266a24766434cf66a24766434d1.jpg)
"Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
25 iyul 2024 , 16:38![Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər](https://lent.az/storage/news/2024/july/25/big/66a2416a27e3e66a2416a27e40172190961066a2416a27e3766a2416a27e3b.jpg)
Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər
25 iyul 2024 , 16:13![Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI](https://lent.az/storage/news/2024/july/25/big/66a208511d72f66a208511d730172189499366a208511d72966a208511d72c.jpg)
Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
25 iyul 2024 , 14:34![Elektron siqaretlər bahalaşır](https://lent.az/storage/news/2024/july/24/big/66a0c9637f29866a0c9637f29a172181334766a0c9637f29366a0c9637f296.jpg)
Elektron siqaretlər bahalaşır
24 iyul 2024 , 13:32![Siqaret çəkənlərə BƏD XƏBƏR](https://lent.az/storage/news/2024/july/24/big/66a0c7fae0aad66a0c7fae0aae172181298666a0c7fae0aaa66a0c7fae0aac.jpg)