Rusiyanın "Pobeda" aviaşirkəti yay ayları üçün Rostov şəhərindən Bakıya uçuşları dayandırır.
"APA-Economics" xəbər verir ki, hazırda "Pobeda" Rostov-Bakı aviareysi üzrə həftədə dörd dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri uçur. Martın 28-dən etibarən reyslərin sayı 3-dək endiriləcək. Belə ki, aviaşirkət Rostov-Bakı marşrutu üzrə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuş yerinə yetirəcək.
Bununla yanaşı, mayın 30-dan sentyabrın 26-dək reyslər tamamilə dayandırılacaq.
Xatırladaq ki, "Pobeda" Rostov-Bakı marşrutu üzrə ötən ilin oktyabrın 31-dən uçmağa başlayıb.