Qiymətləndiricilər Cəmiyyətinə yeni sədr seçildi
Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransı keçirilib.
Lent.az-ın məlumatına görə, konfransda qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, yeni İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyasının üzvləri və sədr seçilib. Konfransın sonunda cəmiyyətin sertifikatlaşma üzrə kurslarında imtahanları uğurla vermiş şəxslərə sertifikat təqdim edilib.
AQC tərəfindən ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətlərini birləşdirən və əlaqələndirən yeni təsisat-Qiymətləndiricilər Şurası yaradılacaq. Bu barədə konrfansdan sonra verdiyi açıqlamada "Koneko Group" MMC-nin direktoru, AQC İdarə Heyətinin üzvü Vüqar Oruc bildirib. O, cəmiyyətin fəaliyyətinin genişləndiriləcəyini bildirib. Vüqar Oruc yeni seçilmiş sədr Nüsrət İbrahimovun və yeni İdarə Heyətinin daha səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, yeni rəhbərliyin əzmkarlığı sayəsində AQC-nin tez bir zamanda qiymətləndirmə bazarında həlledici mövqeyə sahib olacaq.
Qeyd edək ki, AQC bu yaxınlarda nüfuzlu beynəlxalq qurumun-Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin assosiativ üzvlüyünə qəbul edilib.
662