Qeydiyyata alınmayan pul nişanlarının ekspertizası aparılmayacaq
05 yanvar 2018 11:08 (UTC +04:00)

Qeydiyyata alınmayan pul nişanlarının ekspertizası aparılmayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) banklara və poçt idarələrinə məktub göndərib.  

 

APA-Economics”in bank dairələrindən əldə etdiyi məlumata görə, məktubda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 dekabr 2004-cü il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olunan malların və əşyaların Siyahısı”nın 4.11-ci bəndinə əsasən sikkələr və banknotların poçt vasitəsilə göndərilməsi qadağandır.

 

“Odur ki, ekspertizanın aparılması məqsədilə Mərkəzi Banka göndərilən pul nişanları Nağd pulun İdarəetmə İnformasiya Sisteminin  Veb-portal modulunda şübhəli pul kimi qeydə alındıqdan sonra inkassator vasitəsi ilə (müvafiq pul nişanını təqdim edən şəxsin imzalanmış ərizəsinin bir nüsxəsi əlavə edilməklə) təqdim edilməlidir”, - deyə məktubda vurğulanıb.  

 

AMB-dən bildirilib ki, 01 fevral 2018-ci il tarixindən etibarən Veb-portalda qeydə alınmadan ekspertizanın aparılması üçün göndərilən pul nişanları Mərkəzi Bank tərəfindən qəbul edilməyəcək.

 

Məlumata görə, bu tədbirin məqsədi dövriyyədə olan pulların daha keyfiyyətli olması və saxta pullara qarşı mübarizə kimi göstərilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

APA Baycan

Oxşar yazılar