Prezident yollar agentliyi ilə bağlı fərman imzaladı
19 dekabr 2017 21:42 (UTC +04:00)

Prezident yollar agentliyi ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik)  fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərinə görə, fərmana əsasən, Nazirlər Kabinetinə Agentliyin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb   prezidentə təqdim etmək;

 

Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək;

 

 “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etnək;

 

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu frmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat vermək;

 

Məkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu frmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində pezidentə məlumat vermək;

 

Bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410
avatar

Oxşar yazılar