<b>Prezident dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi</b>
14 iyul 2017 17:28 (UTC +04:00)

Prezident dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 766 000 min manat, xərcləri 17 941 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 119 015,0 min manat, yerli gəlirləri 646 985,0 min manat, mərkəzləşdirilmiş xərcləri 17 219 758,0 min manat, yerli xərcləri 721 242,0 min manat) məbləğində təsdiq edilib.

 

Həmçinin, “Azərbaycan Respublikasının Dövlət Neft Fondundan daxilolmalar,” sözlərindən əvvəl “Mərkəzi Bankın mənfəətindən ayırmalar” sözləri əlavə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar