Prezident bu şəxsləri təltif etdi
13 iyul 2017 18:05 (UTC +04:00)

Prezident bu şəxsləri təltif etdi

Prezident İlham Əliyev Əli Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasında inşaat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Abdulla oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

 

Dövlət başçısının imzaladığı digər sərəncamla Azərbaycanda rabitə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nuri Ağa Mirzə oğlu Əhmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar