Prezident bərdəli fermerin pambıq tarlası ilə tanış olub
25 mart 2018 19:31 (UTC +04:00)

Prezident bərdəli fermerin pambıq tarlası ilə tanış olub

Bu gün prezident İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, ötən il fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb.

 

Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub. Diqqətə çatdırılıb ki, təsərrüfatda 25 işçi çalışır.

 

Azərbaycan prezidenti pambıqçılarla görüşüb. Pambıqçı Sədaqət Ağayeva ölkəmizdə bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçısı görüşdə çıxış edib.

 

Sonra səpin işlərinə başlanılıb.

 

Daha sonra xatirə şəkli çəkdirilib.

 

Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxıb. Məlumat verilib ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün “Azərpambıq” MMC ilə müqavilə imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387
avatar

Oxşar yazılar