28 sərmayədarımız Türkiyə vətəndaşı oldu
26 sentyabr 2019 13:11 (UTC +04:00)

28 sərmayədarımız Türkiyə vətəndaşı oldu

Son bir ildə 2611 əcnəbi sərmayədar Türkiyə vətəndaşlığına keçib.
 
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, həmin şəxslərin ailə üzvlərini də nəzərə aldıqda bu rəqəm 9962 nəfərdir.
 
Ötən ilin sentyabrından indiyədək 3859 əcnəbi sərmayəçi Türkiyə vətəndaşlığına qəbul olunmaq üçün müraciət edib.
 
Qeyd olunub ki, Türkiyə vətəndaşlığını qəbul edən əcnəbi sərmayədarların 327 nəfəri İraqdan, 240 nəfəri Əfqanıstandan, 170 nəfəri Fələstindən, 110 nəfəri Misirdən, 66 nəfəri Liviyadan, 44 nəfəri Livandan, 29 nəfəri Səudiyyə Ərəbistanından, 28 nəfəri Azərbaycandan, 26 nəfəri Pakistandan, 24 nəfəri Sudandan, 22 nəfəri Rusiyadan, 21 nəfəri Əlcəzairdən, 19 nəfəri isə ABŞ-dan olub.
 
Bildirilib ki, bu ilin 8 ayında Türkiyədə daşınmaz əmlak alan əcnəbilərin sayı da xeyli artıb. 8 ayda 27748 əcnəbi bu ölkədə daşınmaz əmlak alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1211
avatar

Oxşar yazılar