Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi təyin edilib.
APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Namiq Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, V. Talıbov aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin yaradılması haqqında fərman imzalayıb.