Qiymətləri dövlət tərəfindən tənzimlənən malların sayı artıb.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən bundan sonra Naftalan neftinin qiyməti dövlət tərəfindən tənzimlənəcək.