Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb - YENİLƏNİB
10 iyul 2019 16:47 (UTC +04:00)

Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb - YENİLƏNİB

Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb - YENİLƏNİB
 
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 10-da Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşüb.
 
APA xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönü Azərbaycanda görməkdən şad olduğunu bildibdi. Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib, bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb. Birinci vitse-prezident siyasi, iqtisadi, humanitar əlaqələrin əhəmiyyətindən danışaraq, bu münasibətlərin iki ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət etdiyini bildirib. Birinci vitse-prezident enerji sahəsindəki əməkdaşlığın uğurla davam etdirildiyini deyib, Fransa şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunda fəaliyyətlərinin genişləndilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
 
MEDEF-in Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö Fransa müəssisələrinin 170-ə yaxın nümayəndəsinin ölkəmizə səfər etdiyini bildirib, Azərbaycanda keçirdikləri görüşləri yüksək dəyərləndirib, ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. Enerji sektorunda əldə edilən nailiyyətlərdən danışan qonaq Fransa şirkətlərinin qeyri-neft sahəsində - informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi istiqamətlərdə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Jofrua Ru de Beziö Fransa şirkətlərinin Azərbaycanda daha da fəal çalışmaları üçün ölkəmizdə bütün şəraitin mövcud olduğunu diqqətə çatdırıb.
 
Görüşdə bu ilin martında Mehriban Əliyevanın Fransaya səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
 
***
 
15.55

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 10-da Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1574
avatar

Oxşar yazılar