
® Malayziyanın baş naziri "Greentech" kompleksini ziyarət etdi
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakını ziyarət edən Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Greentech Müasir İstixana Kompleksinə baş çəkib.
Qonağı qarşılayan “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Tahir Gözəl ona burada yetişdirilən məhsullar barədə məlumat verib. O, qonaqlara Greentech istixana kompleksinin açılış mərasiminin 2011-ci ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə həyata keçirildiyini bildirib. Burada yetişdirilən məhsulların keyfiyyətinə nəzarətin bütün “Azərsun Holdinq” müəssisələrində olduğu kimi ən yüksək səviyyədə təmin edildiyi vurğulanıb. Malayziyanın baş nazirinə burada yaradılmış müasir istixana sisteminin dünya standartlarına cavab verdiyi bildirilib.
Ziyarət çərçivəsində Tahir Gözəl Mahathir Bin Mohamad və deleqasiya üzvlərini "Greentech" İstixana Kompleksində yetişdirilən məhsullardan dadmağa dəvət edib.
“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü burada müxtəlif növ xiyar, pomidor, badımcan, bibər, və digər tərəvəzlərin yetişdirildiyini və Azərbaycanla bərabər, Rusiya, Qazaxıstan və digər ölkələrə ixrac olunduğunu söyləyib.
Qeyd edək ki, "Greentech" İstixana Kompleksi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq insanların
işlə təmin olunmasına mühüm töhfə verir, Binə qəsəbəsi və ətraf ərazilərdən olan yüzlərlə sakinin işlə təmin olunmasına şərait yaradır.
Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28