
Bu kreditlərin verilmə müddəti artırıla bilər
Azərbaycanda lombard kreditlərinin verilmə müddətinin artırılması təklif edilir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
O bildirib ki, “Lombardlar haqqında” qanun layihəsinin üzərində işçi qrup tərəfindən iş aparılır: “Qanun layihəsi üzərində bir neçə məsələ var ki, biz ona toxunmuşuq. Bunlardan biri lombardlar tərəfindən kreditlərin on iki aydan artıq olmayan müddətə verilməsidir. Niyə bu müddət 2, 3 il olmasın? Bir də sənəddə kreditin maksimum miqdarı mütləq təyin olunmalıdır. Hesab edirəm ki, bu məsələlər öz həllini tapmalıdır. Hazırda sənədin üzərində işçi qrup tərəfindən iş aparılır. İşçi qrup işini qurtardıqdan sonra sənəd 2-ci oxunuşa təqdim ediləcək”. “Lombardlar haqqında” qanun layihəsinin 10-cu maddəsində (Kredit müqaviləsi) qeyd edilib ki, lombardlar tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir.
Sənəddə lombard kreditinin miqdarı isə öz əksini tapmayıb.
Qeyd edək ki, yeni qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları lombardlar tərəfindən kreditlərin 1 il müddətinə verilməsinə etiraz etmişdilər. Deputatlar bu müddətin artırılmasını təklif ediblər.
Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13