Kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edildi
30 aprel 2019 15:05 (UTC +04:00)

Kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edildi

Bu gündən Azərbaycandan kartofun ixracına tətbiq edilən gömrük rüsumu ləğv edilib.
 
ONA-nın məlumatına görə, Nazirlər Kabinetinin 6 aprel 2018-ci il tarixli qərarına əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar  gömrük rüsumu tətbiq edilib.
 
Qeyd edək ki, Nazirlər Kabineti daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramının ixracına 1 dollar, 31 may 2019-cu il tarixədək həm 1 kiloqram soğanın, həm də 1 kiloqram kələmin ixracına 2 dollar gömrük rüsumu tətbiq etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464
avatar

Oxşar yazılar