İşədüzəltmə şirkətləri hər ay hesabat verəcək
17 aprel 2019 14:27 (UTC +04:00)

İşədüzəltmə şirkətləri hər ay hesabat verəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydası”nı təsdiq edib.
 
ONA-nın məlumatına görə, aprelin 13-dən qüvvəyə minən bu Qayda işaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların təqdim edilməsi qaydasını müəyyən edir.
 
Hüquqi şəxslər işaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatlarına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin edirlər. Qarşılıqlı məlumat mübadiləsi zamanı hüquqi şəxs tərəfindən məlumatların real vaxt rejimində nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Məşğulluq Alt Sisteminə ( MAS) ötürülməsi həyata keçirilir. Hüquqi şəxslər tərəfindən MAS-a iş üçün müraciət edən şəxslərə dair fərdi məlumatlar, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə məlumatlar və məşğulluq tarixçəsinə dair məlumatlar ötürülür. Hüquqi şəxslər məlumatları hər ay üzrə növbəti ayın 5-dən gec olmayaraq MAS-a ötürürlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Oxşar yazılar