İqtisadiyyat Nazirliyindən istehlakçılara <span style="color:red;">XƏBƏRDARLIQ
10 iyul 2017 12:13 (UTC +04:00)

İqtisadiyyat Nazirliyindən istehlakçılara XƏBƏRDARLIQ

İqtisadiyyat Nazirliyi yay mövsümünün başlaması və havaların qızması ilə əlaqədar istehlakçılara xəbərdarlıq edib.

 

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya açıq havada günəş altında saxlanılması ərzaq məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

 


Odur ki, ərzaq malları alarkən onların saxlanma şəraitinin məhsulun etiketində göstərilmiş məlumatlara uyğunluğuna, günəş şüalarının birbaşa təsirindən qorunmasına, ticarət obyektinin təmiz və yaxşı havalandırılan olmasına diqqət etmək lazımdır. Bu tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinilməlidir. 

 

İstehlakçılardan ərzaq mallarının satışı zamanı qeyd olunan tələblərə əməl olunmaması halları ilə rastlaşdıqda 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və "Facebook" səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar