İlin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq
11 oktyabr 2019 11:24 (UTC +04:00)

İlin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq

 
 
"Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı olacaq".
 
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
 
O bildirib ki, bununla bağlı bəzi çatışmazlıqlar var idi: “Biz bunun üçün ölkə Prezidentinə müraciət etdik. Yolun bir tərəfi Biləcəridən başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-I, Zabrat -II, Sabunçu, Bakıxanov, Koroğlu istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometrdir".
 
Sədr əlavə edib ki, son illərdə 1000 km-ə yaxın dəmir yolu təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1817
avatar

Oxşar yazılar