Fazil Məmmədovun qudası rəsmən işdən çıxarıldı
14 yanvar 2018 11:36 (UTC +04:00)

Fazil Məmmədovun qudası rəsmən işdən çıxarıldı

Vergilər naziri Mikayıl Cabbarovun bir neçə gün öncə qeyri-müəyyən müddətə məzuniyyətə göndərdiyi nazir müavini Namiq Əliyev rəsmən vəzifədən kənarlaşdırılıb. Lent.az xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, yeni nazir müavininin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib. Bununla da N.Əliyevin nazirliklə əlaqələri tamamilə kəsilib.

 

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358
avatar

Oxşar yazılar