Əhalinin adambaşına düşən gəlirləri 5,5% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin gəlirləri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 6,6% artaraq 27,4 mlrd. manat təşkil edib.
“APA-Economics”in dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 2 768,6 manatlıq gəlir düşüb. Bu göstərici illik müqayisədə 5,5% artıb.
“Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25 131,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% çox vəsait qalıb”, - deyə Komitənin məlumatında qeyd olunub.
801