Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası yaradılacaq
20 iyun 2019 12:13 (UTC +04:00)

Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası yaradılacaq

Bakıda iyunun 24-26 keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası yaradılacaq.
 
 
APA xəbər verir ki, bunu Forumla bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
 
 
Onun sözlərinə görə, Assosiasiyanın yaradılmasında əsas məqsəd "ASAN Xidmət" standartları əsasında təcrübə mübadiləsi aparmaqdır. Bu Assosiasiya ilk olaraq Azərbaycan tərəfindən "ASAN Xidmət"in təşəbbüsü ilə yaradılıb.
Ülvi Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin ilkin olaraq sənəd imzalamağı planlaşdırdığı ölkələr Monteneqro, İndoneziya, Mərakeş, Əfqanıstan, Uqanda, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir: "İlkin təsisçi ölkələr bunlardır. Amma ölkələrin sayı arta da bilər, çünki başqa ölkələrdən də müraciətlər var, baxıb qiymətləndiririk".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1267
avatar

Oxşar yazılar