Dollar bu gün də kəskin ucuzlaşıb - YENİLƏNİB
07 fevral 2017 17:30 (UTC +04:00)

Dollar bu gün də kəskin ucuzlaşıb - YENİLƏNİB

 

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 8-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 2,8% möhkəmlənərək 1,8252 səviyyəsində müəyyən olunub.

 

 

 

Bu günə USD/AZN rəsmi məzənnəsi 1,8769 səviyyəsində müəyyənləşib.
 

Qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.

 

***

 

13:15

 

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

 

Lent.az-ın Banka istinadən xəbərinə görə, Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.

 

Qeyd edək ki, dolların bugünə olan məzənnəsi 1,8769 manat idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206
avatar

Oxşar yazılar